Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüşüb. Bu barədə “Report”a VHP-dən məlumat verilib.
VHP-nin baş qərargahından keçirilən görüşdə ölkədə və dünyada baş verən proseslər, qarşıdan gələn parlament seçkiləri və hər iki partiyanın əməkdaşlıq perspektivləri müzakirə edilib.