Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
“Report”un xəbərinə görə, saat 15:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 52 saylı Quba Seçki Dairəsidir. Burada 15 920 (33.91 %) nəfər səs verib.
Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Burada 6731 (20,18%) nəfər səs verib.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı 26.88 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfəri səs verib.