Qərbi Azərbaycan İcması bu il ərzində beynəlxalq təşkilatlara 119 məktubla müraciət edib.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Bakı Dövlət Universitetində (BDU) baş tutan "Böyük yolun davamı" adlı konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, göndərilən bu məktublar cavabsız qalmayıb:
"Bu il ərzində 11 sənədimiz BMT Baş Assambleyası, həmçinin İqtisadi və Sosial Hüquqlar komitəsinin rəsmi sənədi kimi müxtəlif dillərdə yayılıb. İcma cari ildə Ermənistan və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı atdıqları addımlarla bağlı 35 bəyanatla çıxış edib. Eyni zamanda, müxtəlif xarici nümayəndələrlə 78 görüş keçirilib".