Qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət Planı hazırlanır

“Qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət planı hazırlanmaqdadır”.

“Report”un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qadınlar müharibə aparan tərəflər arasında etimada töhfə verə bilərlər.

Birinci vitse-prezidentin köməkçisi həmçinin bildirib ki, vaxtilə məcburi köçkün olmuş qadın iş adamlarına güzəştli kreditlərin verilməsi məsələsi nəzərdən keçirilə bilər.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39