Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində olublar.
"Report" xəbər verir ki, burada dövlət başçısı Azərbaycanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb.