Milli Məclis nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzaların sərtləşdirilməsi barədə layihəni qəbul edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir. “Report” xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Parlamentə Prezident tərəfindən təqdim olunan qanun layihəsində qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Digər xəbərlər