Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstü əvvəlki yeri qaytarılıb.
"Report"un yerli bürosu xəbər verir ki, onun Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü təmir-bərpadan sonra yerinə qoyulub.
Hazırda büstün ətrafında yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdü.