Nazir müavini: Ölkə Konstitusiyası ötən 30 ildə cəmiyyətin inkişafına geniş imkan yaradıb

Konstitusiyanın qəbulunun 30-cü ildönümündə Azərbaycanın beynəlxalq müstəvidə açıq məsələsi qalmayıb.

“Report” xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda Bakı Dövlət Universitetində (BDU) keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Konstitusiyası ötən 30 il ərzində çoxlu çağırışlardan keçib və cəmiyyətin daha da inkişaf etməsinə imkan yaradıb: 

“Ancaq biz 30 il geriyə baxdıqda sadəcə, konstitusional inkişaf yox, bütün sahələrdə tərəqqi görürük. Konstitusiyada sosial-iqtisadi hüquqların əsası təsbit olunub. Azərbaycan bu istiqamətdə çox vacib beynəlxalq müqavilələrə, konvensiyalara qoşulub. Son dövrlərdə bu istiqamətdə aktivlik daha da artıb”.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39