Naxçıvan Ali Məclisinin payız sessiyasında növbəti iclasının vaxtı açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, iclas 2023-cü il 18 dekabr tarixdə keçiriləcək.

İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39