MSK sədri: "Siyasi partiyaların təmsilçiləri seçki komissiyalarında üstünlük təşkil etməlidir"

“Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra DSK-lar formalaşdırılmalıdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır”.

Digər xəbərlər

Bakıda yeni park salınır 27 oktyabr, 2026 / 10:20