Məzahir Pənahov: “Seçkilərdən sui-istifadə edən müəyyən qərəzli qurumlar var”

Seçkilərdən sui-istifadə edən müəyyən qərəzli qurumlar var.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir.

"Müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər: “Biz işimizi yaxşı görməliyik. Bizim beynəlxalq qurumlardan heç bir narazılığımız yoxdur. Heç kəsin arxayınlaşmağa da haqqı yoxdur. Biz seçkiləri şəffaf şəkildə keçirməliyik”, - M.Pənahov deyib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39