Məzahir Pənahov: “14 siyasi partiyanın siyahısında olan 149 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

Azərbaycanda 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxslərdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən verilib, 462 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslərdir”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri bu il fevralın 9-na təyin edilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39