Hazırda Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binaların açılışı baş tutub.