Biz bu günü 33 il gözləmişik, çox sevincliyəm. Şükürlər olsun ki, həmin gün gəlib və biz doğma yurdumuza qayıdırıq.
"Report" xəbər verir ki, bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Hüseynova Ceyran deyib.
"Ağdam keçmişimiz və kimliyimizdir. Bundan sonra xalqımıza sülh, əmin-amanlıq diləyirəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!", - keçmiş məcburi köçkün qeyd edib.