İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, təkan yerli vaxtla saat 15:11-də qeydə alınıb, dərinliyi isə 11 km olub.

Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lahıc, Zarad, Cülyan, Burovdal, Müdri kəndində isə 3 bala qədər hiss olunub.

Digər xəbərlər