İçərişəhərdə panduslar quraşdırılıb, 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub

İçərişəhərdə panduslar quraşdırılıb, 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub.

"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "İçərişəhər"də pandusların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir:

"Görülən tədbirlər nəticəsində İçərişəhərdə, həmçinin, panduslar quraşdırılıb. Mümkün qədər pandusların artırılması üçün işlər görülür. 12 evin dam örtüyü, 28 ünvanda sakinlərin mənzilləri, fasadlar və balkonlar təmir olunub. Hazırda infrastruktur işləri davam etdilir".

R.Mahmud həmçinin bildirib ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunmasına töhfə verəcək.

Digər xəbərlər