FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib.

FHN-dən "Report"a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hələ sovetlər dövründə yaşadığımız illərdə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıblar. Dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində müstəqil Azərbaycanın misilsiz tərəqqiyə nail olduğunu qeyd edən natiqlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrildiyini iftixar hissilə ifadə ediblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Digər xəbərlər