Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin sayı 600-ü ötüb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan 130-a yaxın müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39