Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
S. Sadıqov 1984-cü ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Azərbaycan Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.