Bu ilin 9 ayında 16 min 398 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib.
Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə müraciətlərin 1167-si müvəqqəti olma müddətinin uzadılması ilə bağlı olub.
Bununla yanaşı, 6257 əcnəbi olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama, 6774-ü iş icazəsi üçün DMX-yə müraciət edib.