Bu il Azərbaycanda yaşamaq və iş icazələri verilən əcnəbilərin sayı açıqlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda müvəqqəti, daimi yaşamaq və iş icazələri olan əcnəbilərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 1 517 nəfərin ölkədə müvəqqəti olma müddəti uzadılıb, 52 778 nəfərə müvəqqəti, 2860 nəfərə isə daimi yaşamaq icazəsi verilib.

Bundan başqa, 9 190 nəfərə ölkədə işləmək üçün icazə verilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39