Baş prokurorun müavini: "Korrupsiya faktları ilə bağlı bu il 73 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib"

Bakı. 6 iyun. REPORT.AZ/ Korrupsiya faktları ilə bağlı 2017-ci ilin 5 ayı ərzində 73 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

“Report”un xəbərinə görə, Azərbaycan Baş Prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 112 cinayət işi var.

Digər xəbərlər