Bakı. 28 oktyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu barədə “Report”a YAP-ın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, YAP seçkilərə 15035 namizədlə qatılacaq.
Hakim partiya qərara alıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai-siyasi fəallığını yüsksəltməyin mühüm şərti hesab edir.