Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”, - deyə sərəncamda bildirilir.