Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

"Report" xəbər verir ki, dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.

Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.

Digər xəbərlər

Bakıda yeni park salınır 27 oktyabr, 2026 / 10:20