Azərbaycan Gənclər Fondu iki təhsil proqramı həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Fondun icraçı direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, proqramlardan biri xaricdə təhsillə bağlıdır və davam etdirilməsi nəzərdə tutulur: "İlk dəfə olaraq, bu proqram müsabiqə əsasında bu il təşkil olunub. Nəticədə 47 gəncin Avropa və ABŞ-ın ali təhsil müəssisələrində maliyyələşdirilməsinə qərar verilib".
F.Cəfərov həmçinin deyib ki, hazırda proqramın şərtləri ilə bağlı tərəfdaş qurumlarla, xüsusən Təhsil Nazirliyi ilə əməkdaşlıq edilir: "Növbəti il üçün aktual olacaq ixtisas istiqamətlərinin siyahısı digər qurumlarla məsləhətləşmə əsasında hazırlanır".