Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupun “Dövlət Xidmətlərinin çatdırılmasında İnnovasiyaların Rolu” mövzusunda vebinar keçirilib.
"Report" xəbər verir ki, vebinarın keçirilməsində məqsəd dövlət xidmətlərinin çatdırılmasında innovasiyaların roluna dair məlumat mübadiləsinin aparılması, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin vurğulanması və dövlət sektorunda innovasiyaların tətbiqinə dair məlumatlılığın aparılması sahəsində sessiyaların təşkil olunmasıdır.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dövlət xidmətlərin göstərilməsində innovasiyaların vacibliyi, eləcə də xidmət sahəsində keyfiyyətinin artırılmasına dair görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Dövlət Agentliyinin qabaqcıl fəaliyyət istiqamətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və QDİƏT-ə üzv dövlətlərin nümayəndələrinin də müvafiq sahələr üzrə birgə təcrübə mübadiləsi aparılıb.
Vebinar çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar, xidmətlərin təşkili və beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli sahələrdəki fəaliyyət barədə iştirakçılarla geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
“ASAN xidmət” müvafiq sahələr üzrə qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupuna yenidən 2023 – 2025-ci illər üçün ölkə üzrə koordinator vəzifəsini yerinə yetirməyə layiq görülüb.
“ASAN xidmət” yenidən QDİƏT-in işçi qrupunun ölkə üzrə koordinatoru seçilib
Digər xəbərlər
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
21 oktyabr, 2026 / 18:41
İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
21 oktyabr, 2026 / 17:11
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
21 oktyabr, 2026 / 17:03
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
21 oktyabr, 2026 / 14:45
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
21 oktyabr, 2026 / 12:29
Nazirlik rəsmisi: Son 9 ayda 2565 hektar ərazi ilə bağlı qanunsuz bələdiyyə aktları ləğv olunub
21 oktyabr, 2026 / 12:07
Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi
21 oktyabr, 2026 / 11:58
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək
21 oktyabr, 2026 / 11:50
MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
21 oktyabr, 2026 / 11:47
ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
21 oktyabr, 2026 / 11:40
Dövlət Xidməti Masallıda gənclər üçün tədbirlər keçirib
21 oktyabr, 2026 / 10:37
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
21 oktyabr, 2026 / 00:00
Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
20 oktyabr, 2026 / 20:09
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam
20 oktyabr, 2026 / 15:56
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
20 oktyabr, 2026 / 15:55
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
20 oktyabr, 2026 / 15:51
Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
20 oktyabr, 2026 / 14:06