ANAMA sədri: “Ermənistanın təqdim etdiyi mina xəritələri qeyri-peşəkar hazırlanıb”

“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir və çox qeyri-peşəkar tərtib olunub”.

“Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, istənilən halda məlumatlar minatəmizləyənlərə ötürülür: “İstənilən yeni sahədə minatəmizləmə əməliyyatlarına başlayan zaman bütün məlumatlar araşdırılır. Əlimizdə olan məlumatlardan da istifadə olunur”.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39