ANAMA: "Horadiz-Ağbənd yolunun metallarla çirklənməsi işimizi çətinləşdirir"

"Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində təmizləmə işlərinin ən çox çətinləşməsi partlamamış hərbi sursatlarla bağlıdır".

"Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) baş mütəxəssisi Mədət Məmmədov keçirilən brifinqdə deyib.

"Ərazi relyefi mürəkkəbdir. Ərazinin bir hissəsinin metallarla çirklənməsi işimizi çətinləşdirir. Hazırda təmizləmə işləri davam edir", - o vurğulayıb.

Digər xəbərlər