Bakı. 25 fevral. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinat olub.
“Report” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov vəzifəsindən azad olunaraq Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.