63 saylı Sabirabad I seçki dairəsində 208 nəfər ilk dəfə səs verir - VİDEO

63 saylı Sabirabad I seçki dairəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə keçirilir. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, saat 08:00-dan etibarən 35 seçki məntəqəsi üzrə səsvermə prosesi başlayıb.

Bu məntəqələrdən 14-ü şəhər ərazisində, 21-i isə kəndlərdə yerləşir.

Bu dairənin 5 məntəqəsində vebkamera quraşdırılıb. Onlardan 3-ü şəhər, digər 2-si isə kəndləri əhatə edir. 

63 saylı Sabirabada seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə 241 nəfər namizəd qeydə alınıb. Seçki prosesini izləmək üçün 331 müşahidəçi qeydiyyatdan keçib. Dairənin, ümumilikdə, 41 631 seçicisi var ki, onlardan da 208 nəfəri ilk dəfə səsvermə hüququna malik olanlardır. 

Digər xəbərlər