Bələdiyyə seçkiləri ilə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.
“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1306 nəfərin adı var.
Seçki məntəqəsində səsvermə başlayandan bir neçə nəfər səs verib.
Bu məntəqədə qeydiyyatdan çıxan olmayıb.
Seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Məntəqə M.Füzuli adına 15 saylı tam orta məktəbin binasında yerləşir.