Bələdiyyə seçkiləri ilə əlaqədar 36 saylı Xətai seçki dairəsinin 5 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.
“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1 161 nəfərin adı var.
Seçki məntəqəsində səsvermə başlayandan 50 dəqiqə vaxt ərzində, 11 nəfər səs verib.
Bu məntəqədə 1 nəfər qeydiyyatdan çıxıb.
Seçki prosesini 2 yerli müşahidəçi izləyirlər.
Məntəqə 56 saylı tam orta məktəbin binasında yerləşir.