“Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1 000 məntəqədə vebkamera quraşdırılıb”.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədrinin müavini qeyd edib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb:
“Bununla bağlı texniki və digər işlər görülüb”.
O bildirib ki, 119 seçki dairəsi üzrə 1 000 vebkamera quraşdırılıb.
İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.