Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə vətəndaş cəmiyyətinin 400-dən çox təmsilçisi iştirak edir.

"Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş forum çərçivəsində "QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları", "Azərbaycan QHT-ləri milli maraqların keşiyində", "WUF13 irsi QHT təşəbbüslərində" adlı panel müzakirələri təşkil ediləcək.

Yekunda ölkə QHT-lərinin Prezident İlham Əliyevə müraciəti qəbul olunacaq.

Forum geniş bədii proqramla öz işini başa vuracaq.

Digər xəbərlər