Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob təşkil ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fləşmobda kursantların iştirakı ilə ərsəyə gələn kompozisiyada Azərbaycan xalqının tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən "Zəfərə atılan imza" və "Zəfərin memarı" sözləri əks olunub.

Fləşmobun məqsədi Azərbaycanın şanlı Qələbəsinin əhəmiyyətini, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən uca tutulduğunu və gələcək nəsillərə ötürülən milli qürur və iftixar mənbəyi olduğunu nümayiş etdirməkdir.

Digər xəbərlər