​2014-cü ildə dünya əhalisi 80 milyon nəfər artıb

Bakı. 24 dekabr. REPORT.AZ/ 2014-cü ildə Yer kürəsi əhalisinin sayı təqribən 80 milyon nəfər artıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Yer Əhalisi" Fondunun apardığı tədqiqatların nəticələrinə istinadən "Züddoyçe saytunq" nəşri yazıb.

Belə olan halda, 2015-ci ilin əvvəlində planet əhalisinin ümumi sayı təqribən 7,3 milyard nəfər təşkil edəcək.

"Dünya əhalisi hər saniyə orta hesabla 2,6 nəfər artır", - deyə nəşr Fond ekspertlərinin fikirlərini sitat gətirir.

Digər xəbərlər

Sabah 33 dərəcə isti olacaq 12 sentyabr, 2026 / 12:22