Azərbaycan Özbəkistanda сem istehsalı zavodunu inşa edir.
“Report” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
"Azərbaycan şirkətləri Özbəkistana investisiya edirlər. Bura 5 ulduzlu hotelin tikintisi və сеm istehsalı üzrə zavodun tikintisi daxildir. Hazırda biz Özbəkistanla 10-dan çox layihə üzərində iş aparırıq", - deyə Y. Abdullayev qeyd edib.