"Yelo Bank" investisiya imkanlarını daha əlçatan etmək üçün sevilən kampaniyasını geri qaytarır. 9–24 dekabr tarixləri arasında "Yelo Invest" platformasında "Komissiyasız alış günləri" keçirilir. Bu müddətdə həm yeni başlayan, həm də təcrübəli investorlar 10 ABŞ dollarından yuxarı istənilən səhm və ETF-i komissiya ödənişi olmadan ala biləcəklər.
İnvestorların rahatlığı üçün "Yelo Invest"də limit sifarişi funksiyası da mövcuddur. Bu üstünlük sayəsində investorlar almaq və ya satmaq istədikləri qiyməti özləri müəyyən edə bilirlər. Səhmin və ya ETF-in qiyməti seçilən həddə çatdıqda sistem əməliyyatı avtomatik həyata keçirir. Beləliklə, bazarı izləməyə ehtiyac qalmır – qərarı investor verir, icrasını isə sistem təmin edir.
Hesab açmaq üçün filiala gəlməyə ehtiyac yoxdur. Saniyələr içində Yelo App-də ödənişsiz investisiya hesabı açaraq gün ərzində 16 saatlıq ticarət imkanından yararlanmaq və 14 mindən çox alətə yatırım etmək mümkündür.
Yeni il yeni başlanğıclar deməkdir – öz gələcəyinə yatırım etmək üçün komissiyasız alış günlərini dəyərləndir. "Yelo Bank" investisiya dünyası ilə maraqlananları "Yelo App" yükləməyə dəvət edir: https://bit.ly/44kUcc0.
İnvestisiya nedir və ya investisiyaya aid digər suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!