İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Xaçmaz Aqropark" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət in hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 6,7 milyon manat, qanuni təmsilçisi isə Mirrəhman İsa oğlu Ağazadədir. O, vaxtilə Xaçmaz rayonundakı "Yalama Aqropark" MMC-də çalışıb.