Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna şirkətləri Azərbaycanın biznes dairələri ilə münasibət qurmaq niyyətindədir.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bu şirkətlər kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Aqrarniy Tsentr” MMC, hinduşka əti üzrə “İndelika” MMC, interyer qapıları üzrə “Gamma Plus” MMC, şirələr üzrə “Uşaq Qida Assosiasiyası” MMC, quru süd məhsulları üzrə “Losinovka Butter and Cheese Plant” MMC, dondurulmuş meyvə və tərəvəz üzrə “Arti” MMC və spirtli içkilər üzrə “Simferopol şərab-konyak zavodu SWKZ” MMC-dir.
Adıçəkilən şirkətlərin əməkdaşlıq təklifləri artıq “Azpromo”ya daxil olub.
Əməkdaşlıq təkliflərinə marağı olan və ətraflı məlumat əldə etmək istəyən sahibkarlar Vadim Qrigoryeviç Sidyaçenkoya (+994 12) 449 40 92, e-mail: emb_az@mfa.gov.az) əlaqə saxlaya bilərlər.