Türkiyə vətəndaşlığı almaq üçün investisiya limiti azaldılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb. 

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır. 

Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan 500 min dollara endirilib. 

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34