Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir

Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində - AZPROMO-da görüş keçiriblər.

Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34