“Synergy Group”da kadr dəyişikliyi olub

“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin direktoru İlkin İsmayılov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Famil Musayevə həvalə olunub.

Xatırladaq ki, “Synergy Medical” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.

Digər xəbərlər

AzeLabın rəhbərliyi dəyişib 27 dekabr, 2025 / 10:35