Sumqayıt Şəhər İcra Hakimiyyəti "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə şəhərdə inşa etdiyi sendviç panellər zavodunun istismarına icazə verib.
“Report” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yeni zavod Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşir. Onun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Baş Layihə İnstitutu ("Azərdövlətlayihə"), podratçısı isə "Azenko" ASC-dir.