SKMF Şəmkirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 14 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "Report"a veirlən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kartof və soğan saxlama anbarının yaradılması;

- quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması;

- istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması;

- cins heyvandarlıq kompleksinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. 

Digər xəbərlər