Səfir: "Aİ-də daha çox Azərbaycan məhsulları görmək istərdik"

"Avropa İttifaqı ölkələri Azərbaycanla ticarət əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır".

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

“Ticarəti inkişaf etdirmək, Avropa İttifaqında daha çox Azərbaycan məhsullarını görmək istərdik. Ümidvaram ki, yeni sazişin imzalanması bu məsələyə təkan verəcək” – deyən diplomatın sözlərinə görə, Aİ Azərbaycanda rəqəmsal iqtisadiyyat, orta və kiçik sahibkarlıq, “ağıllı şəhər” konsepsiyası, kənd təsərrüfatı kimi sahələrdə müxtəlif təşəbbüslərin həyata keçirilməsini dəstəkləyir.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51