Sahibkarlığın İnkişafı Fondu Rusiya bankı ilə əməkdaşlığa başlayacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Bank VTB Azərbaycan" ASC ilə əməkdaşlığa başlamağa hazırlaşır. 

"Report" Banka istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyasının ötən gün keçirilmiş 18-ci iclasında razılıq əldə olunub. 

Qeyd edək ki, sözügedən iclasda "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin də iştirak edib. 

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34