Bərdə. 7 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu ilin əvvəlindən 100-ə qədər sahibkara 8,3 mln. manat güzəşli kredit verib.
"Report" xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədr müavini Samir Hümbətov məlumat verib.
Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 350 iş yerinin yaradılmasına imkan verir.