Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal-materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Ottobock” şirkətidir.
Qalib şirkətə 1,25 milyon manat ödəniləcək.